_secret_ MuSiCBoX ™
İsmarıc sayı : 706 Age : 34 Registration date : 02/10/08
| Mövzu: Maraqli məlumatlar Ç.a. Mar. 24 2009, 19:31 | |
| UŞAQLAR MUSİQİ İLƏ İNKİŞAF EDİR ,,Motsart təsiri” adlandırılan nəzəriyyəyə görə, klassik musiqinin zəkanı artırdığı, sağlam inkişafı təmin etdiyini, ailə əlaqələrini gücləndirdiyini və dahi uşaqların doğulmasına köməkçi olduğu düşünülür. Bu mövzu üzrə aparılan tədqiqatlar uşaqlara ana bətnində və erkən yaşlarda klassik musiqi dinlətməyin beyində sakitlik hissi yayan alfa dalğalarını hərəkətə gətirdiyi, təfəkkür və bilik axınını təmin edən sinir hüceyrələri arasında əlaqə qurmağa köməklik etdiyini üzə çıxardı.HİPNOZUN TƏSİRİ İLƏ SİRRLƏRİMİ SÖYLƏYƏRƏMMİ?İnsanları ən çox narahat edən məsələlərdən biri də hipnoz altında sirrlərini söyləməkdir.Ancaq bunu bilməkdə fayda var:Narko analiz (dərmanla hipnoz yaradıb tətbiqetmə) xaricində şəxs sonradan peşman olacağı ya da şəxsə zidd olan bir şeyi nə açıqlayar,nə də ki,edər.Təbii ki,çox xüsusi metodlar tətbiq edilmədikcə...HƏR KƏS HİPNOZ OLA BİLƏRMİ? HƏR KƏS HİPNOZ EDƏ BİLƏRMİ?Hər kəs hipnoz ola bilərmi? Debil xəstələri, kəmağıl, çox yaşlılar, diqqətini cəmləyə bilməyənlər, ağır ağıl xəstələri və kiçik uşaqlardan başqa demək olar ki,hamı hipnoz ola bilər. Bəs, hamı hipnoz edə bilərmi?Bəli.Şərtləri yerinə yetirdikdən sonra hamı hipnoz edə bilər.Amma,bəzi şəxslər bunu daha asan gerçəkləşdirirlər.Hipnoz olmağa könüllü bir şəxs həqiqətən hipnoz etmək istəyən bir şəxs tərəfindən asanlıqla trans vəziyyətinə salına bilər,amma sonra nə baş verər onu bilə bilmərik.Həkimlər və yaxşı hipnozçular xaricində digər insanların bu işlə məşğul olması bərpası çətin olan vəziyyətlərə səbəb ola bilər.Əməliyyatı cərrahlara verməyin vacib olduğu kimi hipnozu və ruhi problemlərin müalicəsini də peşəkar şəxslərə-psixoloqlara həvalə etməkdə fayda var. GÖRMƏ DUYĞUSUNDAN MƏHRUM OLAN BİRİ YUXU GÖRƏ BİLƏRMİ?Tədqiqatlar göstərir ki, anadangəlmə görmə duyğusundan məhrum olan şəxslərin yuxularında əyani fiqurlar görməsi mümkün deyil. Bu şəxslərin yuxuları əyani fiqurlar əvəzinə- yerimə duyğusu və ya sevinc hissi kimi gündəlik həyatda yaşadıqları hiss və duyğulardan ibarətdir. Mütəxəssilər yuxuda əyani fiqurlar görəbilmək üçün ilk növbədə bu təcrübəni yaşamaq həqiqətini vurğulayırlar.UŞAQLAR NƏLƏRDƏN QORXUR?Tədqiqatlar və uzunmüddətli müşahidələr göstərir ki, uşaqların qorxuları yaşlarına görə fərqlilik göstərir. Daha kiçik yaşlarda qorxuların mənbəyi səslərdirsə, sonrakı yaşlarda mücərrəd qorxular meydana çıxır. Bir çox ata-ana bu qorxuların uşaqlarda olmasının normal ola biləcəyində narahatlır keçirirlər.QOCALDIQCA QƏMGİNLƏŞMİRİK!ABŞ-da aparılan bir tədqiqat ,, qocaldıqca qəmginliyimiz artır ” düşüncəsinin yanlış olduğunu, əksinə insanların qocaldıqca daha sevincli, xoşbəxt olduqlarını üzə çıxardı. Tədqiqat aparan heyətin rəhbəri Michigan Universitetinin Tibb fakültəsindən Dr. Pond Lacey qocaldıqca bədbin, qəmgin hal aldığımız fikrinin sterotip bir düşüncə olduğunu bildirərək, ,, Qarşımızda xoş və gözəl bir həyat var ” dedi. | |
|
C-Love Admin
İsmarıc sayı : 831 Age : 33 Registration date : 28/02/09
| Mövzu: Geri: Maraqli məlumatlar Çər. Mar. 25 2009, 00:31 | |
| | |
|
Sevimli MuSiCBoX ™
İsmarıc sayı : 812 Age : 33 Registration date : 22/07/08
| Mövzu: Geri: Maraqli məlumatlar C.a. İyul 09 2009, 19:42 | |
| maraxxxxxxxxxlidi | |
|
Sponsored content
| Mövzu: Geri: Maraqli məlumatlar | |
| |
|