Dünyada ən bahalı oyun, 20 milyon dollara başa gələn "Shenmue". Bu oyunun hazırlanmasına "Sega" firmasının oyun şöbəsinin rəhbəri olan Suzuki`nin 7 il vaxtı gedib
Dünyada ən ağır qəzet, 14 sentyabr 1987-ci ildə dərc edilmiş "New York Times" qəzeti olmuşdur. Bu qəzetin içərisində 1612 məqalə var, çəkisi isə 5,4 kq, tirajı 1 650 000 ekzemplyardır
28 yanvar 1887-ci ildə Met Koleman, bərk qar yağma nəticəsində öz aynasının üzərində 38x20 ölçüdə qar dənəciyi tapmışdır
Dünyada ən böyük dəniz xərçəngi, amerikan omarıdır. Beləki bu xərçəngin çəkisi – 20.14 kq, uzunluğu isə 1.06 metrdir
"Rediens Solar", 1-29 iyul 2000-ci il tarixində Kanada`da 7043 km yol fəth edərək, dünyada ən çox məsafə fəth edən gün işığı ilə işləyən avtomobil oldu. Bu avtomobil Kanada`da yerləşən "Şah Universitetinin" icadıdır. Məsafənin fəthi üçün avtomaşına sadəcə 5 dollar tələb olunub
Stiv StivenÇ 55 yaşında olarkən "Penni-Fartinq" tipli velosipetdə Amerikanı keçdi. Bunun üçün o, 5238 kilometri 29 gün 9 saat 3 dəqiqəyə fəth etdi. Yolunu San-Fransisko`da başlayaraq Bostan`da dayandı
Odri Mestre Ferrera, 13 may 2000- ci ildə qadınlar arasında sualtı üzgüçülükdə dünya rekordu vurmuşdur. O, təchizatsız 125 m dərinliyə kimi getmiş, suyun altında 2 dəqiqə 30 saniyə durmuşdur
1988- ci ildə Remi Brika, 4,2 metr uzunluğunda olan ayaq xizəkləri üzərində Atlantik okeanında 5636 km fəth etmişdir. Bunun üçün ona 2 ay lazım olub (2 aprel 1988-31 may, 1988)
Terri Fok, bir ayağı protez olmağına baxmayaraq 143 gün qaçaraq, (12 aprel-2 sentyabr,1980) 5373 km yolu fəth etmişdir
29 oktyabr 1999-cu ildə Mont Pirs, 10 sentlik qəpiyi 3, 306 m məsafəyə atmışdır. Katapulta kimi o, öz qulaqlarından istifadə etmişdir
12 noyabr 1999-cu ildə Çin Respublikası`nın birinci prezidenti olan Sun Yatse`nin ad günündə Tayvan ratuşasının meydanında dünyanın bir çox ölkəsindən gələn rekord sayda - 3961 cüt əkiz toplaşmışdır
Aktrisa Ketrin Xepbern, kino tarixində ən çox (12) Oskar alan aktrisa olmuşdur
Dünyada ən enli döş qəfəsi Robert Erl Xaqs`a məxsus idi. Onun döş qəfəsinin eni 3,15 metr idi. Valideyinləri tərəfindən bu anomaliyaya səbəb kimi, onun uşaqlıqda keçirdiyi göyöskürək görsədilirdi. Belə ki bu xəstəlikdən sonra onun çəkisi artmağa başladı. 6 yaşında onun çəkisi 92 kq, 10 yaşında 171 kq, 25 yaşında isə onun çəkisi 406 kq çatdı. 1958-ci ilin fevral ayında vəfat etməmişdən qabaq onun çəkisi 484 kq idi, belinin eni isə 3,1 metr idi