Xuraman85
İsmarıc sayı : 729 Age : 38 Registration date : 21/07/08
| Mövzu: Necə etmək olar ki, istənilən cins şalvar əyninizdə ideal görünsün? B.e. Avq. 18 2008, 20:05 | |
| Cavabı çox sadədir: təcili idmanla məşğul olun. Sizə göstərdiyimiz idman hərəkətlərini həftədə 3-4 dəfə təkrarlamaqla omba xəttini yaxşılaşdıra, baldırlarınızı hərəkət etdirə və sağrı əzələlərinizi möhkəmləndirə bilərsiniz. Bunun üçün xüsusi avadanlıq tələb olunmur, onu ev şəraitində də həyata keçirə bilərsiniz. Müntəzəm məşqlər üstəgəl, düzgün qidalanmadan iki həftə sonra nəticə göz qabağında olacaq.
1. BALDIR ƏZƏLƏLƏRİ Çıxış vəziyyətini alın. Əllər beldə, ayaqlar bir yerdə, dabanlar bir-birindən aralı vəziyyətdə. Yavaşca barmaqlarınızın ucunda qalxın. Belə 3-4 saniyə qaldıqdan sonra çıxış vəziyyətinə qayıdın. Kürəyinizi düz, çənənizi isə döşəməyə paralel tutun. Bu hərəkəti 15 dəfədən 3 seriya təkrarlayın. Hər seriyada axırıncı 5 təkrarı həyata keçirməyi sürətləndirin.
2. SAĞRI ƏZƏLƏLƏRİ Əllərinizi belinizə qoyun. Kürəyinizi düz tutun. Sol ayağınızla arxaya elə addım atın ki, diziniz 90 dərəcə bükülsün, sağ omba isə döşəməyə paralel olsun. Fasilə zamanı çıxış vəziyyətinə qayıdın. Hər ayağınız üçün bu idman hərəkətlərini 20-25 dəfə təkrarlayın.
3. AYAQLAR VƏ SAĞRI ƏZƏLƏLƏRİ "Dördayaq" üstə dayanın. Bazu və dizlərinizi döşəməyə dirəyin. Nəfəs verərkən ayağınızın birini elə qaldırın ki, ombanız döşəməyə paralel olsun. Nəfəs alıb çıxış vəziyyətinə qayıdın. İdman hərəkətlərini yerinə yetirən zaman əsas gərginliyi dartınma üzərində cəmləşdirin və çalışın ki, beliniz əyilməsin. Təqdim etdiyimiz idman hərəkətlərini hər ayağınız üçün 20-25 dəfə təkrarlayın.
4. OMBANIN YAN SƏTHİ Əvvəl göstərdiyiniz vəziyyətdəki kimi çıxış vəziyyəti alın. Dartının və ayağınızı qaldırın. Nəfəs verən zaman düz qalan ayağınızı döşəməyə paralel saxlamaq şərtilə kifayət qədər kənara çəkin. O birisini isə bədəninizlə bir səviyyədə saxlayın. Nəfəs verərkən çıxış vəziyyətinə qayıdın. Hərəkəti bir dəfəyə yerinə yetirmək üçün intensiv templə çalışın və maksimum amplitud əldə edin.
5. OMBANIN ÖN VƏ DAXİLİ SƏTHİ Şəkildəki kimi düz dayanaraq ayaqlarınızı çiyinlərinizin ölçüsündən bir az böyük aralayın. Əllərinizi ya belinizə qoyun, ya da qabağa uzadın. Nəfəs alıb oturun. Bu zaman beliniz düz, dizləriniz 90 dərəcə bükülməlidir. Ayaqlarınızı bir-birindən çox aralamayın. Nəfəs verib çıxış vəziyyətinə qayıdın. Bu idman hərəkətini 20-25 dəfə təkrarlayın. | |
|
Emo4ka Billa Emo User
İsmarıc sayı : 1306 Age : 34 Registration date : 22/07/08
| |