Sevgi məni yıxa-yıxa,sıxa-sıxa eylədi sürgün
Yaşamağın bu halıma baxa-baxa deyildi mümkün
Sevgi məni yıxa-yıxa,sıxa-sıxa eylədi sürgün
Yaşamağın bu halıma baxa-baxa deyildi mümkün
Tikanların arasından,sırasından çıxa-çıxa dedi gül
Laləzarda gül-çiçəklər arasında batmaq olarmış
Sevgilimin o xoş səsini duydum-eşitdim
Bu dünya nə böyük dünyadır Allah
Əlçatmaz arzuya çatmaq olarmış
Göz yumub həyatın dərdi,sərinə
Şirin yuxularda yatmaq olarmış
Göz yumub həyatın dərdi,sərinə
Şirin yuxularda yatmaq olarmış