Mərasim ölkənin tanınmış və zəngin şəxslərindən birinin övladına qurulacaq
Türk müğənnisi Sinan Özen Azərbaycana gələcək. Bu barədə Lent.az-a sənətçi özü məlumat verib. S.Özenin sözlərinə görə, oktyabrın 5-də baş tutacaq səfərin əsas məqsədi burada toya dəvət almasıdır. Bakıda keçiriləcək toy mərasimi ölkənin tanınmış və zəngin şəxslərindən birinin övladına qurulacaq.
Qeyd edək ki, səfər çərçivəsində S.Özen Lent.az-a eksklüziv müsahibə verəcək.
Nigar Məmmədli
LENT.AZ