Kənan M.M. və Aygün Şükürova cütlüyü cidd-cəhdlə toy hazırlıqlarına başlayıb. Aygünün dediyinə görə, qız toyu avqustun 20-də olacaq: "Oğlan toyu da avqustun 25-də gerçəkləşəcək. Həm qız, həm də oğlan toyu üçün gəlinlik paltarlarımı Türkiyədən sifariş vermişəm. Qız toyu "Oskar", oğlan toyu isə "Röya" şadlıq saraylarında keçiriləcək. Qız toyunu müğənni Nazim, oğlan toyunu isə Zamiq aparacaq. Oğlan toyunda aparıcılıq missiyasını Kənan yaxın dostu İlkin Həsəniyə həvalə edib". Aygün toyuna bütün sənət dostlarını dəvət etdiyini bildirdi. Bir vaxtlar aralarında ziddiyyət yaranan Ülviyyəni dəvət edib-etmədiyini soruşduqda cavabı "yox" oldu: "Yalnız Ülviyyəni çağırmamışam. Onunla nə isə sözümüz düz gəlmir. Elə bu səbəbdən də dəvət etməyə lüzum görmədim". Aygün toy mərasimindən sonra Türkiyədə yaşayacaqlarını da bildirdi. Bu qərarı onlar birlikdə veriblər: "Kənan orada rejissorluq edəcək. Mən isə həm aktrisa, həm də müğənni kimi fəaliyyət göstərəcəyəm. İnanıram ki, biz birlikdə gözəl yaşayacağıq - sənət həyatımızda da, şəxsi həyatımızda da".