Forum.MusicBox.Az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Forum.MusicBox.Az

Feel The MusiC
 
AnasayfaLatest imagesGaleriQeydiyyatdan keçinGiriş
Bölmələr
 Portal
 Ana səhifə
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
En son konular
» replica watches
**H.O.S.T** Icon_minitimeC.a. İyul 21 2011, 06:17 tarafndan sevenurek

» replica watches
**H.O.S.T** Icon_minitimeB. Yan. 23 2011, 14:41 tarafndan shijin123

» Assorti hits
**H.O.S.T** Icon_minitimeÇ.a. Noy. 23 2010, 15:56 tarafndan Nas

» Photoshop isleri..Superr
**H.O.S.T** Icon_minitimeB. Noy. 07 2010, 21:07 tarafndan gul18

» Ozan - Bir Gecelik (2008)
**H.O.S.T** Icon_minitimeB.e. Sen. 27 2010, 23:34 tarafndan AZMEN

» Əlvida...
**H.O.S.T** Icon_minitimeB. Sen. 26 2010, 23:12 tarafndan turan

» Unknow Music
**H.O.S.T** Icon_minitimeB.e. İyul 05 2010, 03:24 tarafndan ESIK

» Alişan - Sevgilerimle (Remix)
**H.O.S.T** Icon_minitimeC.a. İyul 01 2010, 21:17 tarafndan mustafasade

» Roya & Nado-Yağış (Rap Version)
**H.O.S.T** Icon_minitimeÇ.a. İyun 29 2010, 16:30 tarafndan waves

» Qan Qrupuna Gore Faliniz
**H.O.S.T** Icon_minitimeÇər. İyun 02 2010, 04:07 tarafndan linkinka

Digər
En iyi yollayclar
Emo4ka Billa (1306)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
pink_thrill_girl (1037)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
***Artemida*** (929)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
C-Love (831)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
pelin (829)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
Sevimli (812)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
Xuraman85 (729)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
_secret_ (706)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
Guullaann (569)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
Javadov (549)
**H.O.S.T** Vote_lcap**H.O.S.T** I_voting_bar**H.O.S.T** Vote_rcap 
Galeri
**H.O.S.T** Empty
Reyting





 

 **H.O.S.T**

Aaa gitmek 
3 posters
MüəllifIsmarıc
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™
pink_thrill_girl


İsmarıc sayı : 1037
Age : 35
Registration date : 29/08/08

**H.O.S.T** Empty
Yeni mövzuMövzu: **H.O.S.T**   **H.O.S.T** Icon_minitimeÇ.a. Dek. 30 2008, 21:13

İS-TƏ-MİR-ƏM

İstəmirəm LCD ekran televizor, 600 kanal
İstəmirəm 8800 polifonik tonal
İstəmirəm Adidas Versace Dolce Gabbana
İstəmirəm həm dəbli geyim həm dəbli saç uyğun zamana
İstəmirəm McDonalds BigMac Pizza Portofino
İstəmirəm tuz oğlu olum nə də ki arlekino
İstəmirəm villa ömürlük sığorta
İstəmirəm qonşu ac olanda gedim kurorta
İstəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin
İstəmirəm yasım olsun tanımadığım qohumlar gəlsin
İstəmirəm populyarlıq şöhrət hamı məndən danışsın
İstəmirəm məndən başqa həyatıma kimsə qarışsın
İstəmirəm demokratiya
İstəmirəm restavrasiya
İstəmirəm azad seçki, dünyaya inteqrasiya
İstəmirəm qərb mədəniyyəti avropasayağı toy
İstəmirəm oğlum desin bir gün “Ata, oldum ‘qoluboy’.”
İstəmirəm valideyinlərimin puluyla özümü saxlıyım
İstəmirəm yalandan gülüm, ondansa içdən ağlıyım
İstəmirəm ölüm geciksin ya da ki tez gəlsin
İstəmirəm döyüş vaxtı yataqda gözümü bağlıyım
İstəmirəm gücüm artsın – artsın ondansa cəsarət
İstəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət
İstəmirəm sevgi xəyanət sonu hamısının
İstəmirəm gələcəyimə falçı baxsın
İstəmirəm yəkəpər bədən ondansa sürətli zərbə
İstəmirəm sizdən alqış
İstəməyin məndən səhnə
İstəmirəm fərqlənmək fərqli görsənmək üçün
İstəmirəm yalan hörmət içində gizlənmək üçün

İS [istiqamətim fərqli]
TƏ [tərki-dünya qara dərviş]
MİR [miras qaldı mənə keçmişim]
ƏM [əmrimə sadiqəm]

Hәr sәyfә mәnim, mәn dә sәyfәnin
O, mәn, birdә әldә qәlәmim
Söz güclü amma deşmәz düşmәni
Tut baş hәriflәri, budur mәnim …

İstəmirəm dörd təkər ona-buna şou göstərmək üçün
İstəmirəm pulla alınmış diplom ağıllı görünmək üçün
İstəmirəm yaşayım ömrümü valideyinlərin hesabına
İstəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına
İstəmirəm şəhərdə hörmət əgər təsbehlə ölçülürsə
İstəmirəm cəmiyətdə qiymət qiymət geyimə verilirsə
İstəmirəm şan-şöhrət özümü gözə soxmalıyımsa
İstəmirəm yaxşı oğlan olum çayxanada qocalmal



***


H.O.S.T


Hava Od Su Torpaq
Bugün isti olacaq burda
Pәrdәlәr açilsin
Tamaşa başlasin
Dәrd sәhnәsindә sәrt qafiyә
Hava Od Su Torpaq
Bugün isti olacaq burda
Pәrdәlәr açildi
Qarşila HOST Alliance
Kimlәrә dost, kimә faciyә

Әllәri qaldirin – dörd tәrәfdәn hücum vәzәfi güllәlәr gәlir
Әllәri qaldirin – şirin yuxu qurtardi, bala, üstüvә kölgәlәr gәlir
Әllәri qaldirin – rapimizin iyinә ac şәhәrlәr, ölkәlәr gәlir
Әllәri qaldirin – kor xoşbәxtlәr cәnnәtivizә qarğalar gәlir
Әllәri qaldirin
Bir yox, üç yox, beş yox, on yox
Sayimiz artir, siralarimiza son yox
Monoton yox, plagiyatux
Önümüzü tuta bilәcәk barikatux
Әllәri qaldirin
Oh, mәnәm, ice
Partla ishiq bir saniyә (Jesus Christ!)
Köhnә disklarin hamisini yandirin, sindirin
Әllәri qaldirin

I’ll explain: you all homies, the war is a hustle
You gotta figure it out, or it gonna take a hella disaster
This my rap, everlasting
No words can be after
All I need – put your hands up now
After that we gonna start this
They say I’m gangsta, but I ain’t satisfied with my life
All that money, cars, clother ain’t classified with my life
You say I’m intelligent, I’m doin the shit in my mood
They call me “royal”, so I have some respect in my hood
Got fights in our blocks, have a job and then relax
Put our clips and our claxons, all we do – we just rap
In this map we are free, and you stop abruptly
Girls take whatever and love it
Look at our face and laugh at it
We let them go on laughing, don’t matter what they doin
We are involved in our job, you see it and we prove it
See us we screaming “Ooh, wee”
Seeing as H.O.S.T Baku Klan
And homies, you ain’t know what they gonna be

Hava Od Su Torpaq
Bugün isti olacaq burda
Pәrdәlәr açilsin
Tamaşa başlasin
Dәrd sәhnәsindә sәrt qafiyә
Hava Od Su Torpaq
Bugün isti olacaq burda
Pәrdәlәr açildi
Qarşila HOST Alliance
Kimlәrә dost, kimә faciyә

Hava Od Su Torpaqla açildi gözlәr
Baxin gözümüzә, od saçir bu gözlәr
Parça-parça, әllәr yumuruq oldu
Ürәyә qorxu, bu gecәlәrdә qorxulu yuxu oldu
Yaxşilara dost, pislәrә düşmәn
Belә keyfiyyәt hәlә düşmәn
Rap körpәz, HOST körpü
Ol sәssiz, sizin kimisini sәhnәdә çox gördük
Bir say sәkkiz, hansi MC yaxşi, hansi MC pis
HOST qoyacaq biz rapin tarixinә
Bizimki silinmәz sizi rapin tarixinә
Qalxdiq pillә-pillә
Zilә kobudlaşdi qafiyә
Mәnәm HOST, mәnәm Baku Klan
Dahiyәm, hәm saniyәm daha dәyәrli vaxtim
Mәnәm rap, rapimin dalinda HOST qatardi

Qaç, uç, çix özundәn
HOST sәhnәdә partlar bugündә rap
Sifәtә şillә olmasin deyә qaldirin әllәri vә tutun әlimdәn
Bir alti dünyada mәsgәnim, әsgәrim
Hәr sözüm, ordularin treklәri
Masan alt-üstәdә bilmәz heçkәs
Sәhnәdә sәkkiz sәrkәrdәni
Әllәriniz kәsik-küsük
Üz-gözünüz әzik-büzük
Kim keçәcәk?
Bir gün rubikonu görsәn de mәnә üzüb-büzüb
HOST divardi, kәrpiçlәri kәllәlәr
Düzüb divara istәdiyini güllәlәr
Kәlmәlәr kimi özünü gәtirәr
Kimlәrin ürәyini silkәlәr

Hava Od Su Torpaq
Mәnim cismim, sәnin ruhun
Mәnim hisslәrimi maddilәşdirdim
Әl vur hisslәrimә toxun mәnim
Bu dәfә seçim hüququn yoxdu
Fikirlәşmә, dinlә sәtrime qulsan
Onu zülmәtin şuari qәbul etdiy
Әvvәlin sәnin, sonum mәnim

Hava Od Su Torpaq
Bugün isti olacaq burda
Pәrdәlәr açilsin
Tamaşa başlasin
Dәrd sәhnәsindә sәrt qafiyә
Hava Od Su Torpaq
Bugün isti olacaq burda
Pәrdәlәr açildi
Qarşila HOST Alliance
Kimlәrә dost, kimә faciyә




***


Nağıl


Biri var idi,biri yox idi.

Bir gecə açdım pəncərini mən,
Aşağıda qaçışan balaca insanlara baxdım.
Nəfəsimə çəkdim şaxta,ayazı,qışı gətirər otağıma,
Pərdəni rəqs edəndə gördüm,küləklə,
Hər şeyi yenidən başlıyaq.
Amma mən yorğun,amma sən kinli,amma yox o hisslər artıq həvəsdə.
Qapını üzümə örtüb çıxdı otaqdan,qalmışam yenə pəncərədən açılan mənzərə.
Məni uçmağa vadar etməsə,bu nəğmə oxunar.
Şəhərin sonsuz binalarının işıqları,gözümü qamaşdıran
Soyuqdandımı,şaxtadandımı,yanağıma tökülən ilıq yaşlar.

Yenə yuxusuz ,dolmuş gözlər qorxusuz.
Qaranlıq otaqda tək qalmışam
Yenə göz yaşı yağışlı birgə darıxır qucaqsız.
Yarpaqlar ağacda üsyan edəcək.payızı hasara almağa,
Yox meyl,yox güman,yox qəfəs,indi qəfəsdən uçmağa.
Yenə donmuş qanadlar,pəncərə,4 divar birdə mən,hansı fəsildi bilmirəm.
Dibçəkdə də solacaq bir gecə qızılgül,solsun qoy,dərmirəm.
Səni sevmirəm,ey uzun gecə yuxumu qaytar ,geri,de necə?
Deyəcəm sevgilimə ki,gecəni keçirtdim gecəylə tək baş-başa.
Yaşamaq istərsən get tək yaşa,sən ayrı ,mən ayrı.
Qalaq indi çətin həyat.yox bu mövzu ağırdı,
Yuxusuz gecədə,gözüm qaraldı.
Yerim isti,yorğanaltı həyat mənə çox şeyi öyrətdi.
İlk kabusumu suya danışanda ,dedim ki.əjdaha gözünü mənə bərəltdi.
Amma,indi bu kabusun gülmələdi,
Yuxularsa bir işarədi
Mələklər sevəcəm,butalar görəcəm,
Oyananda yenə səni seçəcəm,
Hər gün təkrarlanan yuxusuzluq xəstəlikdi sanki,
Mən pəncərə qarşısında yorğu,göə baxıram,dilimdə suallar.

Soruşdum küləkdən,niyə belə əsirsən,hara tələsirsən?
Dedi:Mən buludlarımı susuz səhralara yağdırmağa gedirəm.
Soruşdum günəşdən:Hanı sevgilin ay,niyə dalaşıbsız
Dedi:Biz bir yerdə olanda zülmət düşə bilər aləmə.
Ulduzlardan soruşdum: Nazlı qızlar parıltınız nədəndi?
Dedilər: Ağlamaqdan,kipriklərimizdəki yaşlardan.
Soruşdum quşlardan:Məni özləriylə aparlarmı?
Soruşdular: Qanadların varmı? Qaraqan qanaqların varmı?
Soruşdum dənizdən:Niyə dalğaların gedib-gəlir?
Dedi:Tənhalıqdan darıxmamaq üçün özüm-özümə bu oyunu düşünmüşəm.
Soruşdum dağlardan: Niyə zirvələriniz qarlı?
Dedilər:Uzun illər yaşadıq,bizdə qocaldıq ,saçlarımız ağardı.
Soruşdum çaylardan:Hara qaçırsız,kimdən qorxursuz ki?
Dedilər:öldürdüyümüz qayaların ruhu bizi rahat buraxmır.
Soruşdum torpaqdan:Niyə ölmüş insanları udursan ki?
Dedi:Qisas alıram,məni alçaldıb taptalıyanlardan.




***


Gəl Gedək

Gəl gedəy ulduzlar rəqs edər bizimçün orda
Gəl gedəy ayağyalın mavi dəniz sahilində
Gəl gedəy orda insanlar yoxdu deməli yoxdu dərd
Gəl gedəy əlimnən bərk yapış gəl gedəy
Gəl gedəy orda çiçəylər və göyərçinlər
Gəl gedəy sərin sulu bulax yaşıl çəmənliylər
Gəl gedəy at bu qaranlıx şəhəri bir dəfəliy
Gəl gedəy canım gəl gedəy gözüm gəl gedəy
Gəl gedəy əbədi yaz küləylərilə bizə qonağ gələr
Günəş saçar saçağlarıla saçlarıvı darar hörər
Bəyaz atlar isti qumlarda gəzdirər bizi
Sonsuz gecə öz içində azdırar bizi
Gözləyər bizi sərin kölgəsilə uca çinar
Gəl gedəy meyvə bağlarında ağaclarda bar
Gəl gedəy orda qayalarda ceyranlar qaçır
Hava təmiz, hər tərəf işıx, səma açıx
Gəl gedəy orda yoxdu yorulmax və ağrımax
İstəsəndə bacarmazsan orda ağlamax
Gəl gedəy buludlar töksün hərdən şirin yağış
Sanki rəssam əlilə çəkilib orda hər qarış
Saatlarla dinləyəy dalğaların səsin
Sahildə bizdən başqa ayağ izi yox heç kəsin
Yuxu kimi hər baxça doludu əlvan ətirlərlə
Gəl gedəy gəzdirim səni sehirli nağıllarda

Aid

Qaranlığıma xoş gəldin
Şəhərə qış gəldi
Vəhşilər yarımadası büründü əbədi zülmətə
Hər küçənin öz ağrısı var gözünə yaş gəldi
Daş binalar heç oxşamır rəngarəng cənnətə
Burda sevgi imkansız azadlıq zindansız
Mümkün olmur burda çünki insanlar çox vicdansız
Hər baxışda sərt baxışdı hamının içini qurd yeyir
Çürümüş ürəylər şəhəri düzələ bilməz üsyansız..
Gəl gedəy yaxşılar ölkəsinə orda yoxdu dərd
Gəl gedəy varlı kasıb eyni heç kəs olmur pərt
Gəl gedəy buludların icində tapax o ölkəni
Gəl gedəy canım gəl gedəy gözüm gəl gedəy
Gəl gedəy orda insanlar yalan danışmır
Hər kəs öz işinde heç kəs heç kəsin işinə qarışmır
Yoxdu padşahlar yoxdu nökərlər yoxdu cinayət
Gəl gedəy orda yox rüşvət və xəyanət
Danışır eyni dilde hamı
Yoxdu millətlər hər kəs eyni
Yoxdu fərqli dinlər heç kəs orda tutmaz səndə eybi
Yoxdu paxıllıq və oğurluq yoxdu içkilər
Yox qumar yox söyüş zəhərli bitkilər
Gəl gedəy qaranlıx şəhərin tüstülərində
Boğulmaxdansa yatax cənnət istilərində
Körpə uşaxlar kimi zərif incə sətirlərdə
Gəl gedəy gəzdirim səni sehirli nağıllarda…
Əvvələ qayıt Aaa gitmek
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™
pink_thrill_girl


İsmarıc sayı : 1037
Age : 35
Registration date : 29/08/08

**H.O.S.T** Empty
Yeni mövzuMövzu: Geri: **H.O.S.T**   **H.O.S.T** Icon_minitimeÇ.a. Dek. 30 2008, 21:14

cox menali sozlerdi menim cox xosuma gedir bes sizlerin?
Əvvələ qayıt Aaa gitmek
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™
***Artemida***


İsmarıc sayı : 929
Age : 29
Registration date : 21/11/08

**H.O.S.T** Empty
Yeni mövzuMövzu: Geri: **H.O.S.T**   **H.O.S.T** Icon_minitimeC.a. Yan. 01 2009, 21:10

caaaaaaaaan choooooooox sag ol!HOSTdan chooooooxxxxx xoshum gelir!!!!MACHMACH!!!
azad hostchulari da qoy da,,,,,,
Əvvələ qayıt Aaa gitmek
http://Bakuteenagers.azerbaijaniforum.com
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™
pink_thrill_girl


İsmarıc sayı : 1037
Age : 35
Registration date : 29/08/08

**H.O.S.T** Empty
Yeni mövzuMövzu: Geri: **H.O.S.T**   **H.O.S.T** Icon_minitimeŞ. Yan. 10 2009, 21:08

deymez menim de cox xosum gelir.
Əvvələ qayıt Aaa gitmek
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™
pink_thrill_girl


İsmarıc sayı : 1037
Age : 35
Registration date : 29/08/08

**H.O.S.T** Empty
Yeni mövzuMövzu: Geri: **H.O.S.T**   **H.O.S.T** Icon_minitimeŞ. Yan. 10 2009, 21:20

***Artemida*** yazıb:
caaaaaaaaan choooooooox sag ol!HOSTdan chooooooxxxxx xoshum gelir!!!!MACHMACH!!!
azad hostchulari da qoy da,,,,,,


bu da azad hostcular(:
Azad H.O.S.Tçular


Azad H.O.S.Tçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq-vuraq-sındıraq!
Varlılardan oğruyaq!
Kasıblara paylıyaq!
Yandıraq məhkəmələri!
Yandıraq məhkəmələri!
Azad H.O.S.Tçular! Gəlin keçmişimizi basdıraq!
Alova qarışsın şəhər, hər yer dönsün tüstüyə.
Qeyrət ordusu, namus ordusu
Hücuma keçdi!
Yandıraq fahişələri!
Yandıraq fahişələri!

QaraQan: Müasirlik adıyla sıxışdırdılar əxlaqı,
Gizli cinayətlərin bu gün açıq istindaqı.
Bəsdir tənqid, bəsdir sadəcə sözlərdə iş,
Bəsdir sadəcə mahnılar, bəsdir sadəcə verliş!
Köhnə bir məscid beş yeni tikilmiş barın əhatəsində,
Tərbiyəli bir qız pozulur oğlanların əhatəsində.
Mobil telefonunda porno – budur mu islam ölkəsi?
Bəlkə bayraqdan çıxardaq onun yaşıl hissəsin?
Nə ümidimiz var, nədə ki inamımız var.
Bir əldə yumruğumuz, o biri əldə Quranımız var.
Tək Yaradanımız var.
Qarşıda pozğun cəmiyyət.
Bura cəhənnəmdir, deməli var hardasa da Cənnət!
Nə dəsdəyimiz var,
Nədə ki köməyimiz var.
Amma polatdan da bərk əyilməz ürəyimiz var.
Bircə diləyimiz var –
O da ki haqq-ədalət.
Sevgiyə qarşı sevgi,
Nifrətə qarşı nifrət.

Azad H.O.S.Tçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq-vuraq-sındıraq!
Rüşvət alan müəllimləri də evə gedəndə təkliyək,
Təkərlərini boşaldaq, gecəylə şüşəni çatladaq!
Ağladaq fahişələri tutub çırpa-çırpa barda!
Tulluyaq mühazirə dəftərlərini! Təhsil harda?
Günah nə müxalifətçilərdə, nədə ki iqtidarda!
Günah bizdədir! Adi xalqın üzvləri
Küçədə qadına söz atırsa,
Burda prezident neynəsin?
Ər arvadını aldadırsa,
Burda prezident neynəsin?
Satıcı müştəriyə atırsa,
Burda prezident neynəsin?
Uşaq məktəbdən qaçırsa,
Burda prezident neynəsin?
Və nəynəyək biz dəyişməkçün?
İrəliyə keçməkçün?
Əvvəlcə gözünü açmalısan
Günəşi görə bilməkçün.
Xalqın çürük beyni, xəstə düşüncə tərzi.
Ən düşük verlişlərdə bu gün ən yüksək reytinq.
Keçən il dedik istəmirəm,
Hamı əzbərlədi,
Amma min nəfərdən cəmi biri əməl elədi.
Qalanın apar tulla, hamısı lazımsız fanatlar,
Onlar üçün dünən Xose, bu gün HOST, sabah İsfəndiyar,
O qədər fərqi yoxdur, təki dinləməyə bir şey olsun.
500 pərəstişkardansa bircə dostum olsun,
Güclü ordum olsun.
Döyüşə hazır cavanlar
Gəzəndə, titrəsin döşəmələr,
Yıxılısın tavanlar!

(Nəqarət):

Azad H.O.S.Tçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq-vuraq-sındıraq!
Varlılardan oğruyaq!
Kasıblara paylıyaq!
Yandıraq məhkəmələri!
Yandıraq məhkəmələri!
Azad H.O.S.Tçular! Gəlin keçmişimizi basdıraq!
Alova qarışsın şəhər, hər yer dönsün tüstüyə.
Qeyrət ordusu, namus ordusu
Hücuma keçdi!
Yandıraq fahişələri!
Yandıraq fahişələri!

Aid: Praqmatik həyat tərzi,
Pula yönəlmiş tərbiyə dərsi...
“Pul - əl çirki” deyənlərin
Çürüyüb artıq dərisi.
Ciyərimizdə H.O.S.T nəfəsi.
Biz artıq söz dəlisi,
Yazanda baxmırıq ki dinləyənin zəif əsəbi.
Artdı qəzəbi Qaraqanın, zəhəri bitdi, sıra Aiddə.
Cəmiyyət-nifrət kəlmələri qoşalaşdı.
Ən son hədddə etiraz.
Kim şəhərli – kim yeraz?
Nə fərqi var boşboğaz?
Deyinmələr...
Dəbli-dəbli geyinmələr...
Kişilik indi bakirlikdən tez çıxmaqla ölçülürmüş.
Sözə, sənətə yoxdur qiymət,
Səhnə kloun gözləyirmiş.
Gözləsin...qoy gözləsin...
Bu cəmiyyət nə istəyir – bilmir özü də,
Gəlmir özünə bir şillədən,
Çox gec ayılır bir gecədən.
Titrəsin qoy Milli Məclisin hər şüşəsi!
Yoxsulların yuxusunda pul kisəsi.
Kəsir həvəsi
Geri atılmış hər atdımda fiasko fəlsəfəsi.
Gec tapılan düşüncələr,
Məntiqsiz mülahizələr...
Məhəllələrdə “panyatkalar” bezdirib artıq.
Böyük-kiçik qarşılıqsız hörmət bezdirib artıq.
Son qoyaq artıq rəzalətə,
Dindən qaçan bu millətə,
Geriyə çəkən əsarətə,
Üzdə edilən ibadətə.
Son qoyaq fahişəliyə -
Yox, işsizlər çoxalar!
Son qoyaq rüşvətə -
Yox, tələbə üsyan edər!
Qarşı çıxar ədalətlə
Təhsil verən müəllimlərə.
Gül balanın gül papası –
Bİrdən pulu qalar cibində.
Məhv edək
Gizli satılan iynələri də, bitkiləri də.
Məhv edək
Günahlarla qazanılmış əskiləri də.
Axı biz islam ölkəsiyik – çoxaldaq məscidləri,
Çıxardaq leksikondan təhqir edən söyüşləri.
Qan tökükmüş döyüşlərdə
Kimlər öldü – kimlər azdı.
Meyidlərimiz yox torpaqda.
Bəlkə qəbri göydə qazdıq?
Kim bilir?
Bu cəmiyyətdə hər bir ölüm bir möcüzə,
Xəzər gölünün dibinə bax, sür-sümüklər çatır dizə.
Sevimli oyunu futbol - əvəz olunub koefisentlə.
Baxansan-baxmayansan, nə fərqi var,
Qoşul sən də.
Qumardır - qumar deyil, fərqi yoxdur,
Pul elə puldur.
Cibli kəfənə sahib olmaq –
Çox adamda məqsəd budur.

Qara kapşon - altda H.O.S.T!
Çox qalacaq yadda H.O.S.T!
Sözünü üzünə deyənin, dibə dək gedənin –
Bil, qanında H.O.S.T!
Sağda H.O.S.T – solda H.O.S.T!
Zibilçələri yandır H.O.S.T!
Qarşı çıxanı dağıdır H.O.S.T!
Bir-iki-üç – qışqır H.O.S.T!

Nəqarət

Azad H.O.S.Tçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq vuraq sındıraq!
Varlılardan oğruyaq!
Kasıblara paylıyaq!
Yandıraq məhkəmələri!
Yandıraq məhkəmələri!
Azad H.O.S.Tçular! Gəlin keçmişimizi basdıraq!
Alova qarışsın şəhər, hər yer dönsün tüstüyə.
Qeyrət ordusu, namus ordusu
Hücuma keçdi!
Yandıraq fahişələri!
Yandıraq fahişələri!
Əvvələ qayıt Aaa gitmek
L-WIN

L-WIN


İsmarıc sayı : 28
Age : 32
Registration date : 05/11/08

**H.O.S.T** Empty
Yeni mövzuMövzu: Geri: **H.O.S.T**   **H.O.S.T** Icon_minitimeÇər. Yan. 14 2009, 19:35

Super cox sag olun.Mendede coxu var yerlesdirerem
Əvvələ qayıt Aaa gitmek
http://WwW.FoR.Az
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™
pink_thrill_girl


İsmarıc sayı : 1037
Age : 35
Registration date : 29/08/08

**H.O.S.T** Empty
Yeni mövzuMövzu: Geri: **H.O.S.T**   **H.O.S.T** Icon_minitimeB. Yan. 18 2009, 00:07

deymez, aha qoyarsan bura
Əvvələ qayıt Aaa gitmek
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™
***Artemida***


İsmarıc sayı : 929
Age : 29
Registration date : 21/11/08

**H.O.S.T** Empty
Yeni mövzuMövzu: Geri: **H.O.S.T**   **H.O.S.T** Icon_minitimeŞ. Fev. 28 2009, 01:25

wow!chooooox sag ol!azad hostxchulari bele bilirdime porsto yene da lazim idi!chox sag ol!kiss you!! mocking kisss
Əvvələ qayıt Aaa gitmek
http://Bakuteenagers.azerbaijaniforum.com
pink_thrill_girl
MuSiCBoX ™
MuSiCBoX ™
pink_thrill_girl


İsmarıc sayı : 1037
Age : 35
Registration date : 29/08/08

**H.O.S.T** Empty
Yeni mövzuMövzu: Geri: **H.O.S.T**   **H.O.S.T** Icon_minitimeŞ. Mar. 14 2009, 22:22

deymez canim (:
Əvvələ qayıt Aaa gitmek
Sponsored content





**H.O.S.T** Empty
Yeni mövzuMövzu: Geri: **H.O.S.T**   **H.O.S.T** Icon_minitime

Əvvələ qayıt Aaa gitmek
 
**H.O.S.T**
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum.MusicBox.Az :: Musiqi Qutusu :: Mahnı Sözləri-
Keç: