İsveçrədə saat 22: 00 dan sonra unitaza su buraxmaq qadağandır.
* * *
Tailandda pul kağızlarını tapdalamaq olmaz .Çünki bu pulların üzərində ölkənin kralının şəkli təsvir olunub.Pulu tapdalayan hətta həbs həyatına məhkum olunur.
* * *
Sinqapurda yerə zibil atan 600 dollar cərimə olunur. Bu ölkədə 12 il saqqız satışı qadağan olunmuşdu, səbəb isə xuliqanların saqqızı hara gəldi yapışdırmaları idi. 2004-cü ildə bu qadağa götürülüb və ondan sonra saqqız yalnız apteklərdə satılmağa icazə verilmişdi.
* * *
York şəhərində hələ də şotlandların öldürülməsinə icazə verilir, ama bir şərtlə ki,həmin şotlandın yanında yay və kaman olsun.
* * *
İngiltərədə isə yeni il bayramında şirin peraşki ilə üzüm yemək qadağan olunub. Digər qanunlardan biri isə , bu ölkədə parlamentdə ölmək qadağan olunmuşdur.Amma hələ ki,belə bir hadisə baş verməmişdir.
* * *
Biritiba şəhərciyinin meri də belə bir qanun vermişdir. Beləki, şəhər qəbirstanlığının dolduğunu görən mer, bu çıxılmaz vəziyyətdən çıxmaq üçün insanlara ölməyi qadagan etmişdir. Qanuna əsasən insanlar ölümdən qaçmaq üçün özlərinə yaxşı baxmalı, sağlamlıqlarını qorumağa borcludurlar.
* * *
Amerikanın Ohayo ştatında isə lak ayaqqabı geyinmək qadağan olunub, səbəb isə lak ayaqqabının işiltısı qadının alt paltarını əks etdirə bilər. Məhz bu ştatda 5 dəqiqədən çox öpüşmək qadağandır.
* * *
San Fransiskoda öz maşınını köhnə alt paltarı ilə yumaq olmaz və bir vannada 2 uşağı çimizdirmək qadağandır. Həmçinin bu şəhərdə gün ərzində 3 boşqabdan çox qab sındırmaq olmaz.
* * *
Mayamidə səsli siqnalı olmayan velosipedi sürmək qadağandır, baxmayaraq ki bu səsli siqnallardan istifadə etmək olmaz
* * *
Qəribə qanunlardan biri də Milandadı , beləki yas mərasimlərini və xəstəxana ziyarətini çıxmaqla , həmişə gülmək qanunu verilib.
* * *
Bir neçə il bundan qabaq isə Svazilenddə sevgipərəst kralın razılığı ilə qadınlara alt paltarı geyinməyi qadağan edən qanun qəbul edilmşdir . Qanunu pozanı sərt, alçaldıcı cəza gözləyirdi ,beləki həmin alt paltari onlardan dərhal dartıb çıxarılmalı və xirda hissələrə cırılmalı idi. Amma 10 yaşından yuxarı svazilendlilərin yubkası dizdən yuxarı olmamalıydı.Belə bir qanun hətta Afrika ölkəsində də mövcuddur.
* * *
Keçən əsrin 80-cı illərinin sonlarında Alabama ştatında şpilka ayaqqabı geyinmək qadağan olunmuşdur. Beləki ştatın qadın sakininin şpilka ayaqqabısının kanalizasiya reşotkasına ilişməsı və qadının ayağını əzməsı bu qanuna səbəb olmuşdur.
* * *
Vermontda qadın diş qoymamışdan qabaq, bunun üçün ərindən icazə almalıdır. Hətta ərinin yazılı icazəsini almalıdır. Kentukkidə isə qadın ən sadə şeylər olan saçın kəsdirliməsi , şlyapanın fasonu kimi şeylərə görə də ərinin razılığın almalıdır.
* * *
Ohayo ştatında kişi portreti qarşısında paltarı soyunmaq qadağandır. Kentukkidə isə küçədə kupalnikdə gəzmək olmaz.
* * *
Əgər Aydaho ştatında hər hansı bir fermer həyat yoldaşına konfet bağışlamaq istəsə, onda o konfetlerin sayı nə az,nə çox 100 funt olmalıdır
* * *
Alabama ştatında kişilərə qadının yanında tüpürməyə icazə verilmir. Mobil şəhərində isə Bakıdan fərqli olaraq , gözəl qızın yanından maşınla keçəndə kişilərə signallamağa icazə verilmir