Forum.MusicBox.Az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Forum.MusicBox.Az

Feel The MusiC
 
AnasayfaLatest imagesGaleriQeydiyyatdan keçinGiriş
Bölmələr
 Portal
 Ana səhifə
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
En son konular
» replica watches
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeC.a. İyul 21 2011, 06:17 tarafndan sevenurek

» replica watches
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeB. Yan. 23 2011, 14:41 tarafndan shijin123

» Assorti hits
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeÇ.a. Noy. 23 2010, 15:56 tarafndan Nas

» Photoshop isleri..Superr
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeB. Noy. 07 2010, 21:07 tarafndan gul18

» Ozan - Bir Gecelik (2008)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeB.e. Sen. 27 2010, 23:34 tarafndan AZMEN

» Əlvida...
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeB. Sen. 26 2010, 23:12 tarafndan turan

» Unknow Music
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeB.e. İyul 05 2010, 03:24 tarafndan ESIK

» Alişan - Sevgilerimle (Remix)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeC.a. İyul 01 2010, 21:17 tarafndan mustafasade

» Roya & Nado-Yağış (Rap Version)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeÇ.a. İyun 29 2010, 16:30 tarafndan waves

» Qan Qrupuna Gore Faliniz
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeÇər. İyun 02 2010, 04:07 tarafndan linkinka

Digər
En iyi yollayclar
Emo4ka Billa (1306)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
pink_thrill_girl (1037)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
***Artemida*** (929)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
C-Love (831)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
pelin (829)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
Sevimli (812)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
Xuraman85 (729)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
_secret_ (706)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
Guullaann (569)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
Javadov (549)
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_lcap961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA I_voting_bar961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Vote_rcap 
Galeri
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Empty
Reyting





 

 961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA

Aaa gitmek 
3 posters
MüəllifIsmarıc
AzeriGuzeli
DJ
DJ
AzeriGuzeli


İsmarıc sayı : 345
Age : 25
Registration date : 18/10/08

961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Empty
Yeni mövzuMövzu: 961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA   961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeC. Noy. 07 2008, 03:47

961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Mekteb-2





Ötən il bəzi rayonlarda məktəblərin 50 faizə qədərinin bir məzunu da ali məktəbə qəbul olmayıb

“Sovet hökuməti dağılandan bizim kənddə bir nəfər də ali məktəbə daxil ola bilməyib. Özü də qonşu kəndlərdə hələ məktəb binası olmayanda, bizim məktəbimiz rayonda ən nüfuzlu məktəb idi. Amma indi dərs keçən yoxdur deyə, uşaqlar da oxumur”.

Samir Hümbətov Bərdənin Kətəlparaq kəndindəndir. Dediyinə görə, məsafə etibarilə rayon mərkəzinə yaxın olan bu kənd sosial-iqtisadi imkanlarına görə də seçilir. Amma bu imkanlar kənddə təhsilin inkişafında hiss olunmur. Əksinə, sovet dövründəki vəziyyətlə müqayisədə indi geriləmə var: “Hələ 80-ci illərdə kəndimizdən hər il 10-15 nəfər ali məktəbə sənəd verirdi, onların ən azı yarıya qədəri qəbul olunurdu. İndi isə cəmi bir-iki nəfər institua sənəd verir, onlar da hər il kəsilib geri qayıdır”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayev də kənd məktəblərinin mövcud durumu ilə bağlı araşdırma aparıb. Məlum olub ki, 2007-ci ildə ali məktəblərə qəbul olan məzunların 63 faizdən çoxu üç böyük şəhərin - Bakı (Abşeron da daxil olmaqla), Gəncə və Sumqayıtın payına düşüb. Bütövlükdə isə respublika üzrə orta məktəblərin 40 faizə qədərinin məzunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi imtahanlardan keçə bilməyib. Təhsil Nazirliyi bu rəqəmlərin qeyri-rəsmi olduğunu əsas gətirərək, məktəblərin 40 faizə qədərinin testdən keçə bilməməsi barədə məlumatları təkzib edib.

Lent.az-ın əməkdaşı TQDK-nın 2007-ci il üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə dair yekun hesabatını əldə edib. Hesabatda ötən il üzrə ölkəmizin hər bir bölgəsinin məzunlarının qəbul imtahanı nəticələrinin məktəb və rayon (şəhər) səviyyəsində elmi-statistik təhlillər yer alıb. Bu sənəd ali məktəblərə qəbulolma faizləri, habelə yüksək və zəif göstəricili məktəblər haqqında dolğun məlumat əldə etməyə imkan verir.

Yeri gəlmişkən, hazırda Azərbaycanda natamam orta və ibtidai məktəblər də daxil olmaqla 4547 məktəb fəaliyyət göstərir. Onlardan 3240-ı orta məktəblərin payına düşür. TQDK-nın rəsmi məlumatına görə, 2007-ci il qəbul imtahanlarında ölkə üzrə 2955 məktəbin, 40 dövlət və özəl liseylərin məzunu iştirak edib. Onlardan 961 məktəbdən bir nəfər də olsun, tələbə adını qazana bilməyib, 573 məktəbin məzunları isə 100 baldan aşağı nəticə göstərib. Hətta məzunlarının tələbə adını qazana bilmədiyi məktəblər arasında paytaxt məktəbləri də var. Belə ki, ötən il qəbul imtahanlarında Bakının 297 məktəbindən 23528 məzun iştirak edib. Bunlardan 33, 130, 198 və 305 saylı orta məktəblərin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb.

Bir çox bölgələrdə isə bu göstərici hətta 50 faizə yaxındır: Qusar rayonunda 44 məktəbin 22-dən, İmişlidə 54 məktəbin 36-dan, Beyləqanda 44 məktəbin 23-dən bir məzun da ali məktəbə daxil ola bilməyib.

Yazımızın qəhrəmanı Samir Hümbətovun sakini olduğu Bərdə rayonunda da ürəkaçan deyil. TQDK-nın hesabatına görə, 2007-ci ildə bu rayondan 59 məktəbin məzunu qəbul imtahanlarına qatılıb. Rayondakı 25 məktəbdən (Məmmədli, Əmirli, Bəcirəvan, Samux, Nazirli kənd 1 saylı, Nazirli kənd 2 saylı, Qazaxlar, Qarahacı, Türkmən, Xanağalı, Mehdili, Qarayusifli, Gərənə, Alpoud, Çələbilər, Mollaisalar, Kətəlparaq, Lənbəran, Soğanverdilər, Göyüşlü, Kürdborakı, Mustafaağalı, Əyricə, Mirzalıbəyli və Şahvəllər kənd orta məktəbləri) bir nəfər də tələbə adını qazana bilməyib. 13 məktəbin məzunları isə 100 baldan aşağı nəticə göstərib.

Təhsil Nazirliyində məktəblərin əhəmiyyətli hissəsinin məzunlarının testdən keçə bilməməsinə münasibət bildirməyiblər. Nazirliyin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri Təranə Hacıyeva Lent.az-a deyib ki, onlar TQDK-nın keçirdiyi imtahanların nəticələri ilə bağlı hesabatdan xəbərsizdirlər: “Biz belə bir hesabat aparmırıq. Ona görə də məktəblərin neçə faizinin məzunlarının testdən keçmədiyini deyə bilmərəm”.
Şöbə müdiri onu da əlavə edib ki, nazirlik yalnız orta məktəblərdə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlarla bağlı hesabat hazırlayır. Ancaq orada məzunları testdən keçə bilməyən məktəblərin faiz nisbəti TQDK-nın rəqəmlərindən xeyli fərqlənir.
Digər şəhər və rayonlardakı məktəblərlə bağlı vəziyyətlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
Əvvələ qayıt Aaa gitmek
AzeriGuzeli
DJ
DJ
AzeriGuzeli


İsmarıc sayı : 345
Age : 25
Registration date : 18/10/08

961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Empty
Yeni mövzuMövzu: Geri: 961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA   961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeC. Noy. 07 2008, 03:50

Bölgələr
Məzunları imtahanda iştirak edən məktəblərin sayı(1ci say)
Məzunları ali məktəbə daxil olmayan məktəblərin sayı (2 ci say)
100 baldan aşağı nəticə göstərən məktəblərin sayı(3cu say)

Bakı şəhəri
297
4
5

Naxçıvan MR
200
42
5

Abşeron rayonu
25
3
2

Ağcabədi
49
27
23

Ağdam
109
49
32

Ağdaş
42
14
12

Ağstafa
34
6
3

Ağsu
29
19
17

Astara
41
21
11

Balakən
34
7
5

Beyləqan
44
23
16

Bərdə
59
25
13

Biləsuvar
26
6
3

Cəbrayıl
43
9
4

Cəlilabad
73
37
19

Daşkəsən
22
16
13

Dəvəçi
22
10
10

Əli Bayramlı şəh.
14
Məlum deyil
Məlum deyil

Füzuli
70
27
17

Gədəbəy
54
29
18

Gəncə şəhəri
43
Məlum deyil
1

Goranboy
57
15
12

Göyçay
41
13
4

Hacıqabul
27
7
8

Xaçmaz
49
21
16

Xanlar
36
13
8

Xızı
8
4
2

İmişli
54
36
24

İsmayıllı
43
16
7

Kəlbəcər
86
36
16

Kürdəmir
41
22
11

Qax
28
5
2

Qazax
34
4
2

Qəbələ
53
17
7

Qobustan
17
8
5

Quba
60
24
16

Qubadlı
30
6
4

Qusar
44
23
15

Laçın
79
34
21

Lerik
36
12
9

Lənkəran
69
21
8

Masallı
66
18
7

Mingəçevir
22
2
1

Naftalan
2
-
-

Neftçala
27
7
3

Oğuz
29
9
5

Saatlı
27
8
7

Sabirabad
60
21
11

Salyan
36
6
1

Samux
23
7
8

Siyəzən
12
3
3

Sumqayıt
50
2
1

Şamaxı
42
16
14

Şəki
70
19
11

Şəmkir
70
22
13

Şuşa, Xocalı, Xocavənd rayonları
42
21
12

Tərtər
33
14
6

Ucar
35
8
4

Yardımlı
38
19
12

Yevlax
39
6
3

Zaqatala
47
15
8

Zəngilan
35
10
6

Zərdab
28
17
11

Cəmi:
2955
961
573



Əvvələ qayıt Aaa gitmek
AzeriGuzeli
DJ
DJ
AzeriGuzeli


İsmarıc sayı : 345
Age : 25
Registration date : 18/10/08

961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Empty
Yeni mövzuMövzu: Geri: 961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA   961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeC. Noy. 07 2008, 03:53

insallah butun hazirlasanlarin eziyyeti itmez.Amin
Əvvələ qayıt Aaa gitmek
pelin
MuSiCBoX ™
MuSiCBoX ™
pelin


İsmarıc sayı : 829
Age : 30
Registration date : 26/07/08

961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Empty
Yeni mövzuMövzu: Geri: 961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA   961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeC.a. Dek. 18 2008, 21:49

Insallah gozel hec birimizin eziyyeti itmez.Sen 11-ci sinifsen?Xebere gore cox sagol
Əvvələ qayıt Aaa gitmek
***Artemida***
MuSiCBoX ™
MuSiCBoX ™
***Artemida***


İsmarıc sayı : 929
Age : 29
Registration date : 21/11/08

961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Empty
Yeni mövzuMövzu: Geri: 961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA   961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitimeB. Dek. 21 2008, 23:05

dyirsen bunlari aashdiraq??? shok
Əvvələ qayıt Aaa gitmek
http://Bakuteenagers.azerbaijaniforum.com
Sponsored content





961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Empty
Yeni mövzuMövzu: Geri: 961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA   961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA Icon_minitime

Əvvələ qayıt Aaa gitmek
 
961 orta məktəb tələbə üzünə həsrət qalıb - ARAŞDIRMA
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum.MusicBox.Az :: Müzakirə Bölməsi :: Sərbəst Mövzular-
Keç: