Belçikanın Sint-Truiden şəhərində qeyri-adi toy mərasimi keçirilib.
Lent.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata əsasən, Sint-Truiden şəhərində yerləşən Brustum Aeroportunda yerdən 50 metr hündürlüyündə nikah mərasimi keçirilib.
Belə ki, uzun müddət nişanlı olan 29 yaşlı Sandra Eens və Jeroen Kippers qeyri adi toy mərasimi keçirərək evliliklərini rəsmiləşdiriblər.
Yerdən 50 metr yüksəklikdə keçirilən toy mərasimində piano, gitara və şahidlər də olub. Cütlük bu şəkildə evlənməyin gözəl duyğu olduğunu söyləyib.
“Göy üzündə Yemək”in təşkilatçısı David Ghysels isə inkişaf edən dünyada insanların özəl mərasimlər keçirmək istədiyini deyib: “Bizim göy üzündə təşkil etdiyimiz 22 nəfərlik masada aşpazın təqdim etdiyi yeməklərin dadına baxa bilərsiniz. Biz insanlara 50 metr yüksəkliyində, buludların arasında, mələklərlə bərabər ömürlərinin axırına kimi unuda bilməyəcəkləri bir nikah mərasimi yaşadırıq.rdən 50 metr hündürlüyündə nikah mərasimi keçirilib.
Belə ki, uzun müddət nişanlı olan 29 yaşlı Sandra Eens və Jeroen Kippers qeyri adi toy mərasimi keçirərək evliliklərini rəsmiləşdiriblər.
Yerdən 50 metr yüksəklikdə keçirilən toy mərasimində piano, gitara və şahidlər də olub. Cütlük bu şəkildə evlənməyin gözəl duyğu olduğunu söyləyib.
“Göy üzündə Yemək”in təşkilatçısı David Ghysels isə inkişaf edən dünyada insanların özəl mərasimlər keçirmək istədiyini deyib: “Bizim göy üzündə təşkil etdiyimiz 22 nəfərlik masada aşpazın təqdim etdiyi yeməklərin dadına baxa bilərsiniz. Biz insanlara 50 metr yüksəkliyində, buludların arasında, mələklərlə bərabər ömürlərinin axırına kimi unuda bilməyəcəkləri bir nikah mərasimi yaşadırıq.